Orqanizmində iki qaşıq qan olan uşaq

İngiltərədə orqanizmində 35 ml, yəni, 2 qaşıq qanla doğulan Franki Morrison adlı körpə həyatına davam edir. "Yeni avaz" Türkiyə mətbuatına istinadən bildirir ki, qan azlığı xəstəliyindən əziyyət çəkən Franki doğularkən bədənində qandan çox su olub. “Daily Mail”in xəbərinə görə, Frankinin anası Maria, hamiləlik dövründə körpənin hərəkətsiz olduğunu hiss eləyib və təcili xəstəxanaya gedib. Ona vəziyyətin normal olduğunu, ana bətnində olan körpənin tənbəllik etdiyini deyərək onu evə yola salıblar. Ancaq iki gün sonra tamam hərəkətsiz olduğunu bilən ana təcili qeysəriyyə əməliyyatı olunub. Ailə, ən pis ehtimala özlərini hazırlayıblar, amma Franki sağ-salamat dünyaya gəlib. Həkimlərin sözlərinə görə, bir az gecikmə olsaydı körpə indi həyatda olmazdı. Qeyd edək ki, Franki indi 12 aylıqdı və getdikcə daha da yaxşılaşır.

DİGƏR XƏBƏRLƏR

Top