Antalyada partlayış baş verib

Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının Çevreyolu rayonu ərazisində yerləşən binasında partlayış olub. Hadisə oktyabrın 25-də səhər saatlarında baş verib. Partlayış yerinə çoxlu sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yaralananların olduğu bildirilib. Hadisənin binanın avtomobil dayanacağında baş veridyi ehtimal olunur. Partlayışın baş vermə səbəbi hələlik bilinmir.

Report

DİGƏR XƏBƏRLƏR

Top