NATO Qara dəniz regonunda gücünü artırmaq istəyir

NATO-nun 28 üzv ölkəsinin müdafiə nazirləri oktyabrın 26-27-də Brüsseldə keçiriləcək görüşdə Qara dəniz regionunda mövcudluğun gücləndirilməsini və qüvvələrin sürətli yer dəyişdirməsinin təmin edilməsinin zəruriliyini müzakirə edəcəklər. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Brüssel görüşü çərçivəsində Kanada, Almaniya, ABŞ və Böyük Britaniya 2017-ci ilin əvvəlində Polşa və Baltikyanı ölkələrdə çoxmillətli batalyonların yerləşdirilməsi üzrə dəqiq planlarını açıqlayacaqlar. Fevralda NATO müdafiə nazirləri alyansın şərq sərhədlərində - Şərqi Avropa ölkələrində və Qqara dəniz regionunda iştirakı gücləndirmək qərarına gəliblər, iyul sammitində isə üzv dövlətlərin başçıları Baltikyanı ölkələrdə və Polşada dörd çoxmillətli batalyon yerləşdirilməsi barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top