Almaniyada çeçenlərə qarşı əməliyyat

Almaniyanın bir neçə vilayətində terrorçuluğu maliyyələşdirməkdə şübhəli bilinən çeçenlərdən ibarət qrupa qarşı polis xüsusi antiterror əməliyyatı keçirib. “Yeniavaz.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis Tyurinq, Hamburq, Şimali Reyn-Vestfaliya, Saksoniya və Bavariyada 12 mənzildə, qaçqınlar üçün yataqxanalarda axtarış aparıb. Əməliyyatın hədəfində çeçen əsilli 28 yaşlı Rusiya vətəndaşı olub. O, dövlət əleyhinə ağır cinayət hazırlamaqda şübhəli bilinir. Bundan başqa polisin Çeçenistandan 10 kişi və 3 qadına qarşı da şübhələri yaranıb. Onlar Almaniyadan sığınacaq istəyiblər.

DİGƏR XƏBƏRLƏR

Top