Türkiyə İraqda yerüstü əməliyat apara bilər

Əgər Türkiyəyə qarşı təhdid yaranarsa, biz yerüstü əməliyyat daxil olmaqla bütün imkanlarımızdan istifadə edəcəyik. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mosul əməliyyatı ilə bağlı açıqlama verərkən deyib. Onun sözlərinə görə, İraqdakı hadisələr Türkiyənin təhlükəsizliyini, sabitliyini tədhid edərsə, yerüstü əməliyyat daxil olmaqla beynəlxalq hüququn verdiyi haqq və gücdən istifadə edərək təhdidləri aradan qaldıracağıq. Nazir qeyd edib ki, Türkiyə Suriyada PYD/PKK Münbici tərk etməsə, onları öz imkanları ilə oradan çıxaracaq: “Bunu amerikalılara dedik”.

DİGƏR XƏBƏRLƏR

Top