Şəmkirdə "Coca-Cola" Məktəbli Kuboku yarışının 2016-2017-ci il mövsümünə start verilib

Şəmkir şəhər Zəyəm qəsəbə orta məktəbində "Coca-Cola" Məktəbli Kuboku yarışının 2016-2017-ci il mövsümünün start verilib. "Yeni Avaz" xəbər verir ki, yarışın açılış mərasimində Şəmkir rayon Gənclər və idman İdarəsinin rəisi Emin İsmayılov, AFFA-nın nümayəndəsi Vüsal Qocayev, Şəmkir rayon Təhsil şöbəsinin metodisti Sudabə Vəliyeva iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edən Şəmkir rayon Gənclər və idman İdarəsinin rəisi Emin İsmayılov iştirakçılarına Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovun səmimi salamlarını və xoş arzularını çatdırıb və Resbublikada həyata keçirilən Dövlət Gənclər və İdman siyasətinin uğurlarından danışıb. Çıxış edən AFFA-nın nümayəndəsi Vüsal Qocayev qeyd edib ki, Azərbaycanda futbol üzrə ən irimiqyaslı turnir olan "Coca-Cola" Məktəbli Kuboku Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Təhsil Nazirliyi və "Coca-Cola"-nın 2011-ci ildən etibarən həyata keçirdiyi idman layihəsidir. Layihə ölkədə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi və ümumillikdə məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyır. Ötən beş il ərzində adıçəkilən birincilik 1 milyondan artıq məktəblini cəlb edib və turnirin qalibləri müxtəlif beynəlxalq yarışlarda iştirak hüququ qazanıb. Yarışda Zəyəm zonası üzrə 12 məktəbin komadaları mübarizə aparıb.

Vüqar Nəbiyev, Şəmkir

DİGƏR XƏBƏRLƏR

Top