Ollanddan yeni terror aktları barədə xəbərdarlıq

İŞİD terror qruplaşmasının əcnəbi silahlılarını tutmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland Parisdə ABŞ başçılığında beynəlxalq koalisiyanın müdafiə nazirlərinin görüşündə deyib.

Onun sözlərinə görə, əcnəbi silahlılar İraq və Suriyadakı münaqişə zonalarından öz ölkələrinə qayırmaq fikrinə düşə bilərlər: “Biz bu ehtimala qarşı diqqətimizi artırmalıyıq”.

F. Olland qeyd edib ki, İŞİD istənilən yerdə yeni hücumlar həyata keçirməyə cəhd edəcək: “Koordinasiyanı və kəşfiyyat məlumat mübadiləsini təmin etmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top