Ruslar qanuni yolla varlanacaqlarına inanmırlar

Rusiyalıların təqribən 30 faizi hesab edir ki, qanunu pozmadan gəlirlərini artırmaq və həyat səviyyəsini yüksəltmək imkanına malik deyillər. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının araşdırmasında deyilir.

Araşdırmada qeyd edilir ki, vətəndaşın maddi vəziyyətinin səviyyəsi nə qədər aşağı olarsa, o, qanunu pozmadan həyat səviyyəsini yaxşılaşdıra biləcəyinə bir o qədər inanmır.

Bu isə həyacanverici simptomdur. Belə ki, əhalinin real gəlirlərinin getdikcə azalması fonunda vətəndaşların qeyri-kriminal kölgə itqisadiyyatının müxtəlif formalarına qarşı marağı arta bilər.

DİGƏR XƏBƏRLƏR

Top