Malayziyada xəstəxanada yanğın nəticəsində 6 nəfər ölüb

Malayziyanın Cohor ştatının paytaxtı Cohor-Baru şəhərində yerləşən "Sultanah Aminah" xəstəxanasının intensiv terapiya şöbəsində yanğın nəticəsində ən azı 6 nəfər ölüb və yalnız bir nəfəri xilas etmək mümkün olub. Bu barədə yerli polis rəhbərlərindən biri olan Süleyman Salleh məlumat verib. "Biz hesab edirik ki, onların hamısı palatada yaranan güclü tüstülənmədən ölüblər", — deyə "Star" nəşri onun sözlərini sitat gətirib. Cohorun Yanğın Mühafizə Xidmətinin rəhbəri Osman Abdullahın sözlərinə görə, binanın yüzlərlə əməkdaş və xəstə olan iki mərtəbəsini əhatə edən yanğının söndürülməsi üçün 10 yanğınsöndürən maşın və 160 işçinin əməyi tələb olunub.

DİGƏR XƏBƏRLƏR

Top