Rusiyada mikroavtobus qəza törədib, 7 nəfər ölüb

Rusiyanın Moskva vilayətində mikroavtobusun 2 yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb. TASS xəbər verir ki, daha 6 nəfər müxtəlif bədən xəsarətləri alıb. İlkin məlumata əsasən 12 sərnişin daşıyan mikroavtobusun sürücüsü “Don” magistral yolunda yüksək sürətlə hərəkətdə olub və nəticədə qəza baş verib. Qəzanın nəticəsinin aradan qaldırılması üçün əraziyə 32 əməkdaş və 11 ədəd texnika cəlb olunub.

APA

DİGƏR XƏBƏRLƏR

Top