Obama vadidə işləyə bilər

ABŞ prezidenti Barak Obama prezidentlik müddəti başa çatdıqdan sonra Silikon vadisində yüksək texnologiyalar sahəsində işləməyə başlaya bilər. Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, B. Obamanın səlahiyyət müddəti gələn ilin yanvarın 20-də başa çatır. Ötən il ərzində B. Obamanın tabeliyində olan işçilər təqribən 10 dəfə Kaliforniyada yüksək texnologiyaların inkişafı mərkəzlərinə baş çəkiblər. Bunun ABŞ prezidentinin gələcək fəaliyyətini planlaşdırmağa kömək etmək üçün edildiyi ehtimal olunur. Amerika prezidentinin bəzi tərəfdarları “Uber”, “Amazon” və “Apple” kimi iri şirkətlərdə çalışır.

DİGƏR XƏBƏRLƏR

Top