“Fərat qalxanı” Əl-Baba qədər davam edəcək

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyada həyata keçirdiyi “Fərat qalxanı” hərbi əməliyyatı Əl-Baba qədər genişlənəcək. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Suriya rejiminə aid helikopterlərin Azad Suriya Ordusuna qarşı hücumu ilə əlaqədar isə nazir bildirib ki, Suriya rejimi İŞİD-lə mübarizə aparan qüvvələrə hücum edir: “Rejimin və onu dəstəkləyənlərin gündəmində nə olduğunu aydın görürük. Rejimin bu hücumları əməliyyatı dayandıra bilməz. “Fərat qalxanı” əməliyyatı davam edəcək. Əl-Baba gedənə qədər davam edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top