“Qazprom” Türkiyədə enerji obyekti ala bilər

Rusiyanın “Qazprom” şirkəti Türkiyədə mövcud elektrik generasiya obyektini satın alacığını və ya yenilərini tikəcəyini istisna etmir. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bunu “Qazprom”un sədr müavini Aleksandr Medvedev deyib. Onun sözlərinə görə, Türkiyə “Qazprom” üçün Almaniyadan sonra ikinci xarici bazardır: “2015-ci ildə bu ölkəyə 27 milyard kubmetr qaz ixrac etmişik, bu il üçün isə 24,5 milyard kubmetr göstəricisindən çxış edirik, 2017-ci il üçün isə proqnoz 25,1 milyard kubmetrdir”.

DİGƏR XƏBƏRLƏR

Top