Solovyovun verilişlərinin yayımı Ermənistanda qadağan edildi


Ermənistan hakimiyyəti Rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyovun “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımını qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, qadağanın səbəbi son vaxtlar Ermənistanın Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan “daimi pozuntular” olub. Lakin bu cür pozuntulara dair heç bir nümunə verilməyib.
Qeyd edək ki, Vladimir Solovyovun müəllif proqramları Ermənistanda “RTR-Planeta” telekanalında ictimai multipleksdə yayımlanırdı.

DİGƏR XƏBƏRLƏR

Top