Rəqsanə İsmayılova saxlanılması ilə bağlı məlumatları təkzib edir – Yenilənib


Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Instagram”da video dərc edib.
R. İsmayılova Rusiya “Telegram” kanallarında barəsində yayılan məlumatları təkzib edib.
 “Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacağam. Heç bir problemim də yoxdur”, - müğənni bildirib.

***15:15
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılovanın qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işinə görə Moskvada saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın “VÇK-OQPU” Teleqram kanalında məlumat dərc olunub.
Bildirilir ki, o, Rusiya Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtalaşdırma” maddələri ilə ittiham olunur:
“2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni ölkəni tərk etməmək şərti ilə öz ərizəsi ilə azadlığa buraxılıb”.

DİGƏR XƏBƏRLƏR

Top