Cangüdəni Messiyə görə oyun vaxtı meydançaya girdi – Video


MLS-in adi mövsümünün “Sportinq Kanzas Siti” – “İnter Mayami” matçının uzatma vaxtında azarkeşlərdən biri meydançaya girməyi bacarıb.
Yeniavaz.com
xəbər verir ki, o, “İnter Mayami”nin hücumçusu Lionel Messiyə yaxınlaşıb.
O bunu bacarsa da, təhlükəsizlik işçiləri və argentinalı futbolçunun cangüdəni dərhal azarkeşi uzaqlaşdırıblar.
Belə ki, Messinin cangüdəni oyun davam edərkən azarkeşi dayandırmaq üçün meydançaya daxil olub.
Qeyd edək ki, “İnter Mayami” “Sportinq Kanzas Siti”ni 3:2 hesabı ilə məğlub edib, Messi qol və ötürmə müəllifi olub.

DİGƏR XƏBƏRLƏR

Top