“Bayer” tarixdə ilk dəfə Almaniya çempionu oldu – Video


Ötən axşam futbol üzrə Almaniya çempionatının 29-cu turunun ev oyununda “Bayer” “Verder”ə 5:0 hesabı ilə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bununla da, Leverkuzen təmsilçisi xalını 79-a çatdırıb və Bundesliqanın bitməsinə 5 həftə qalmış çempionluğunu elan edib.
Qolları Viktor Bonifase (25-ci dəqiqə, penalti), Qranit Xaka (60) və Florian Virtz (68, 83, 90) vurub.
Qeyd edək ki, bu “Bayer”in Almaniya çempionatındakı ilk qızıl medalıdır. Buna qədər komanda beş dəfə ölkə çempionatında gümüş medal qazanıb (1996/97, 1998/99, 1999/00, 2001/02, 2010/11). Bayer, həmçinin Almaniya kubokunda (1992/93) və UEFA kubokunda (indiki Avropa Liqası, 1987/88) qələbələr qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top