Mourinyo yenidən İngiltərə çempionatına qayıdır – KİV


Portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TEAMtalk” media qrupu məlumat yayıb.
Məlumata görə, müqaviləsi mövsümün sonunda başa çatacaq “Vest Hem” klubunun baş məşqçisi Devid Moyesin mümkün gedişindən sonra London komandasına Mourinya rəhbərlik edə bilər.
Qeyd edək ki, portuqaliyalı məşqçinin son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. O, 2021-ci ildən İtaliya klubuna rəhbərlik edib. 2021/2022 mövsümündə “Roma” Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “qurdlar” Avropa Liqasının finalına yüksəlib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib. Bu oyunlarda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu”, “Leiriya” və “Benfika”ya da rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top