Kreml sülhməramlıların Qarabağdan çıxarılma prosesinin başladığını təsdiqlədi


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bəli, həqiqətən də belədir”, - Kreml nümayəndəsi jurnalistlərin Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlanması ilə bağlı Azərbaycan mətbuatının məlumatını təsdiqləmək xahişinə cavab verib.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya Sülhməramlı Kontingentinin Qarabağdan çıxmasını əks etdirən kadrlar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top