Bayden bu dəfə tərəfdarlarını “administrasiyasına etibar etməməyə” çağırdı


ABŞ Prezidenti Co Bayden daha bir səhvə yol verib və tərəfdarlarını “administrasiyasına etibar etməməyə” çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Post” (NYP) məlumat yayıb.
Məlumata görə, Bayden bu sözləri Ağ Evin keçmiş rəhbəri və prezident seçkilərindəki rəqibi Donald Trampı tənqid edərkən deyib.
Bayden keçmiş prezidentin hələ neçə dəfə ona etibar edilə bilməyəcəyini sübut etməli olacağını ifadə etmək istəyib, ancaq əvəzlikləri qarışdırıb.
“Uşaqlar, mən müəyyən mənada Trampa niyə təəccübləndiyimizi bilmirəm. O, bizə etibar edilə bilməyəcəyini daha neçə dəfə sübut etməli olacaq?” – deyə Amerika lideri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top