Afinanın səması narıncıya boyandı


Yunanıstanın paytaxdı Afinada səma narıncı rəng alıb.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb Şimali Afrikadan küləyin vurduğu toz olub.
Səlahiyyətlilər şəhər sakinlərinə açıq havada uzun müddət qalmamağı tövsiyə etdi, çünki belə tozun tərkibində allergik reaksiyaların artmasına və ya tənəffüs xəstəliklərinin kəskinləşməsinə səbəb olan zərərli hissəciklər var.
Aprelin 25-də küləyin istiqaməti dəyişdikdə tozun təmizlənəcəyi gözlənilir.
Qeyd edək ki, Afina üçün səmada Afrikadan toz buludlarının görünməsi ildə bir neçə dəfə müşahidə olunan tez-tez rast gəlinən bir hadisədir.

DİGƏR XƏBƏRLƏR

Top