“Ermənistan KTMT-dən çıxsa, Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər”


“Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda güc balansı dəyişə bilər, lakin bu halda regional təhlükəsizliyin təsirini indi proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətin olan faktorlar işə düşəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov katibliyin analitiklərinin məlumatlarına əsaslanaraq “İzvestiya”ya müsahibəsində deyib.
“Ermənistanla KTMT arasında qarşıdurma ehtimalını müzakirə edərkən, tərəflərin resurs bazası və real imkanlarını nəzərə almaq lazımdır, ona görə də bu məsələ, təsnif edilə bilməz, təhlil tələb edir”, - baş katib bildirib.
Tasmaqambetov qeyd edib ki, sürətlə dəyişən dünyada suverenlik əlavə dəyər qazanır və səmərəli müttəfiqliyin əsas meyarlarından birinə çevrilir. Bu baxımdan, onun fikrincə, KTMT bu amilin tam nəzərə alındığı bir assosiasiyadır.
O xatırladıb ki, Ermənistan KTMT-nin işində iştirakını məhdudlaşdırıb, bununla belə, əsas qarşılıqlı fəaliyyət mexanizmləri işləyir və təşkilatın gündəliyi üzərində iş davam edir. Tasmaqambetov əlavə edib ki, təşkilatın Ermənistan qarşısında bütün öhdəlikləri təşkilatın nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top