Elmira Süleymanova vəfat etdi


Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.
Bildirilir ki, hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir.
Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

DİGƏR XƏBƏRLƏR

Top