Özəl bankların qeyri-faiz gəlirlərinin 65%-i 2 bankın payına düşüb – Tam siyahı


Bu ilin ilk rübünün yekununa olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 23 bank arasında ən yüksək qeyri-faiz gəliri əldə edən bank “Kapital Bank” ASC olub.
Yeniavaz.com
xəbər verir ki, bu ilin ilk rübündə “Kapital Bank” tərəfindən əldə olunan qeyri-faiz gəlirləri 132,3 milyon manat olub.
Qeyd edək ki, ötən rüb banklar ümumilikdə 393,8 milyon manat qeyri-faiz gəliri əldə ediblər. Bu məbləğin 317,8 milyon manatı özəl bankların payına düşüb. Özəl bankların əldə etdiyi qeyri-faiz gəlirlərinin isə 65%-i və ya 206,5 milyon manatı 2 bankın – “Kapital Bank” ASC və “Paşa Bank” ASC-nin payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə “Kapital Bank”ın qeyri-faiz gəlirləri 31,4% və ya 31,6 milyon manat artıb. Qeyri-faiz gəlirlərini ən çox artıran bank isə “Yelo Bank” olub. Bu bankın qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 dəfə artıb.
Aşağıdakı cədvəldə bankların qeyri-faiz gəlirləri göstərilib:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top