Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.
“Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” - Hacıyev bildirib.
Qeyd edək ki, daha öncə Prezident İlham Əliyevin aprelin 26-da Almaniya Kansleri Olaf Şoltsla Berlində danışıqlar aparacağı barədə məlumat verilib.