Kanada İranın müdafiə nazirinə sanksiya tətbiq etdi


Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianini sanksiyalar siyahısına əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kanada hökumətinin saytındakı bəyanatda bildirilib.
Bəyanatda qeyd edilir ki, sanksiyalar İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” qərargahının komandiri Qulam Əli Rəşidə qarşı da tətbiq edilib.
Sənəddə deyilir ki, yeni məhdudlaşdırıcı tədbirlər İran İslam Respublikasının hərəkətləri sülh və təhlükəsizliyin pozulmasına yönəldiyinə görə tətbiq edilib.
Bildirilir ki, bu hərəkətlər artıq ciddi beynəlxalq böhrana gətirib çıxarıb və ya gətirib çıxara bilər. Bəyanatda, həmçinin sanksiyalar siyahısına İran Silahlı Qüvvələrinin Baş Qərargahı və “Xatəm əl-Ənbiya” qərargahının da daxil olduğu vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya da İrana qarşı sanksiyalar siyahısını genişləndirərək, iki şəxsə, həmçinin pilotsuz uçuş aparatlar və raketlərin istehsalı ilə bağlı dörd şirkətə məhdudlaşdırıcı tədbirləri tətbiq edib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi üç İran vətəndaşını və İslam Respublikasının iki şirkətini Rusiya ilə bağlı sanksiya siyahısına əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top