Si Cinpin Blinkenlə görüşdü


Çin Prezidenti Si Cinpin ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çin lideri dövlət katibini aprelin 26-da günortadan sonra Pekində Xalq Evində qəbul edib.
Görüşlə bağlı digər təfərrüatlar ​​verilməyib.
Qeyd edək ki, bundan əvvəl Blinken Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Xatırladaq ki, ABŞ dövlət katibinin Çinə işgüzar səfəri aprelin 24-də Şanxay şəhərindən başlayıb. Ötən gün isə o, Pekin şəhərinə gedib.

DİGƏR XƏBƏRLƏR

Top