İstanbulda terror aktı törədən qadına 1794 il həbs cəzası verildi


İstanbul Ağır Cinayətlər Məhkəməsi 2022-ci ildə İstiqlal prospektində PKK-nın təlimatı ilə terror aktı törədən Əhlam əl-Bəşiri 7 ağırlaşdırılmış ömürlük və 1794 il həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 36 müttəhim haqqında hökm elan edilib. Müttəhimlərdən 4-nün azadlığa buraxılmasına qərar verilib.
İttiham tərəfi Əhlam əl-Bəşir üçün 3009 il həbs cəzası istəmişdi.
Qeyd edək ki, terror aktı 13 noyabr 2022-ci il tarixdə İstiqlal prospektində törədilib və nəticədə 6 nəfər ölüb, 99 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top