“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”


“Vaşinqton Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika firmaları ilə 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onların fikrincə, bu yolla Amerika administrasiyası Kiyev üçün ən böyük yardım paketlərindən birinə son nöqtələri qoyur.
Mənbələrin bildirdiyinə görə, bura “Patriot” hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, dronlar və digər texnika olacaq.
Nəşr vurğulayır ki, sözügedən silahlar çox güman ki, Ukraynaya yalnız bir neçə ildən sonra gələcək, çünki müqavilələr ABŞ ehtiyatlarından birbaşa çatdırılma deyil, Kiyev üçün yeni silah və texnikanın istehsalını nəzərdə tutan Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top