“İsrail HƏMAS-a son şans verməyə hazırdır” – KİV


“İsrail HƏMAS hərəkatına hazırkı mövqeyinə yenidən baxmaq və Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı İsrail tərəfi ilə razılığa gəlmək üçün son fürsət verməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Telekanalın mənbəsinin məlumatına görə, İsrail tərəfi İsrailin HƏMAS ilə danışıqlarında vasitəçi kimi Təl-Əvivə gələn Misir nümayəndə heyətinə bildirib ki, Fələstin hərəkatı Qəzzanın cənubundakı Rəfah şəhəri yaxınlığında İsrail hərbi əməliyyatına başlamazdan əvvəl Qəzzada atəşkəslə bağlı razılıq əldə etmək üçün son şansdan istifadə etməlidir.
Mənbənin sözlərinə görə, İsrail nümayəndələri Misirin HƏMAS-a təzyiq göstərəcəyinə inanırlar ki.
Eyni zamanda bildirilir ki, İsrail Qahirədən gələn nümayəndə heyəti ilə danışıqlar zamanı HƏMAS ilə razılıq əldə olunsa belə, Qəzzada atəşkəsin cəmi bir neçə həftə davam edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top