Arda Gülər “Real Madrid”də tarixə düşdü


Türkiyə millisinin futbolçusu Arda Gülər İspaniyanın “Real Madrid” klubunda tarixə düşüb.
Yeniavaz.com
Opta məlumatlarına istinadla xəbər verir ki, o, 21-ci əsrdə “Real Madrid” forması ilə “La Liqa”da ilk dəfə meydana çıxan və qol vuran ən gənc ikinci oyunçu olub.
Yarımmüdafiəçi “Real Sosyedad”la görüşdə fərqlənib. Onun 29-cu dəqiqədə vurduğu qol komandasına minimal hesablı qələbə (1:0) qazandırıb.
Arda Gülər bu nəticəyə 19 yaş 61 günlüyündə nail olub. Birinci pillədə isə Rodriqo (18 yaş 294 gün) yer alıb. Bu nəticəyə görə üçüncü pillədə Cud Bellinqem qərarlaşıb (20 yaş 44 gün),
Qeyd edək ki, “Real Madrid” 84 xalla turnir cədvəlinə başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top