“Bir neçə gündən sonra İsrail Rəfah şəhərində hərbi əməliyyata başlayacaq”


Fələstin prezidenti Mahmud Abbas İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki hərbi əməliyyatının yaxın bir neçə gün ərzində başlayacağına inanır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, o bunu Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyasında deyib.
“Bir neçə gündən sonra İsrail Rəfah şəhərində hərbi əməliyyata başlayacaq, çünki Qəzzada qalan bütün fələstinlilər oraya toplaşıb. Cəmi bir zərbə onların hamısını Fələstin ərazisini tərk etməyə məcbur etmək üçün kifayət edəcək”, - Fələstin prezidenti bildirib.
O qeyd edib ki, bu baş verərsə, qonşu ərəb ölkələri Misir və İordaniyanın “fələstinli qaçqınları qəbul etməkdən qətiyyətlə imtina etdiyini” nəzərə alaraq, Fələstin tarixindəki ən böyük fəlakət yaşanacaq.
Mahmud Abbas həmçinin İordan çayının qərb sahili və Qəzza zolağındakı Fələstin ərazilərinin vahid siyasi iradə altında birləşdirilməsi üçün beynəlxalq konfransın keçirilməsini təklif edib:
“Fələstin Dövlətinin müstəqillik hüququnu hələ də tanımayan bütün ölkələr bunu etməlidir - İsrailin müstəqilliyini tanıdıqları kimi”.
Çıxışının sonunda Abbas ABŞ-yə “İsraili dayandıra biləcək yeganə ölkə” kimi müraciət edərək, yəhudi dövlətinə təsir tələb edib və onu Rəfah əməliyyatı planlarından əl çəkməyə məcbur etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top