Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyi, aprelin 5-də Brüsseldə keçirilən görüş, eləcə də Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
Danışıq zamanı 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş zamanı əldə olunan razılaşmaların Ermənistan-Azərbaycan sülh prosesi kontekstində əhəmiyyətini vurğulayıblar. Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması, eyni zamanda demarkasiya və delimitasiya prosesinin eyni bəyannamə əsasında həyata keçirilməsi sülh sazişinin imzalanmasına yol açır.