Rusiyada yol polisinə hücum – Ölənlər var


Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yol patrul xidmətinin əməkdaşlarına silahlı hücum olub.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qarşıdurma nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə iki polis əməkdaşı həlak olub, dörd hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Həmçinin, hücum edən yaraqlılardan 5 nəfərin öldürüldüyü bildirilir.
Qaraçay-Çərkəz Respublikası üzrə İstintaq Komitəsinin məlumatına görə, yaraqlılar aprelin 29-da gecə saatlarında “VAZ-2109” markalı maşından müvəqqəti polis postu istiqamətində partlayıcı tulladıqdan sonra avtomat silahından atəş açmağa başlayıblar. Hadisə yerində əldəqayırma bomba da aşkarlanıb.
Xəsarət alan əməkdaşlar tibb müəssisələrinə yerləşdirilib və onlara ixtisaslı tibbi yardım göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top