Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək – KİV


Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, “MediaHub” saytı mənbələrə istinadla məlumat yayıb.
Saytın mənbələrinin sözlərinə görə, hazırda Paşinyanın andiçmə mərasiminə getməməsinə qərar verilib.
“Ermənistan mahiyyətcə, bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır”, - məlumatda bildiriib.
Məlumata görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. Ancaq Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir.
Qeyd edək ki, Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top