“Fransa Rusiya ilə danışıqlar üçün qapını açıq qoymaqla düzgün iş görür” – Makron


Fransa prezidenti Emmanuel Makron Fransanın “La Tribune Dimanche” qəzetinə müsahibəsində Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, Fransa prezidenti dialoqun dayandırılmasının beynəlxalq nizamın, sülhün və təhlükəsizliyin rədd edilməsi anlamına gələcəyi barədə xəbərdarlıq edib.
Makronun sözlərinə görə, Fransa Rusiya ilə danışıqlar üçün qapını açıq qoymaqla düzgün iş görür, əks halda beynəlxalq nizamdan, eləcə də sülh və təhlükəsizlikdən imtina edəcək.
Eyni zamanda, Fransa prezidenti qeyd edib ki, Rusiyaya qarşı “strateji qeyri-müəyyənlik siyasətini” təşviq etmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top