İsrail Müdafiə Qüvvələri daha iki hərbçisini itirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha iki hərbçini itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun saytında məlumat verilib.
Məlumata görə, İsrail ordusunun 551-ci briqadasının kəşfiyyat batalyonunda xidmət edən 31 yaşlı çavuş Dan Kamkaqi və Naxman Natan Herts İsrailin şimalında əməliyyat tapşırıqlarını yerinə yetirərkən pilotsuz təyyarənin zərbəsi nəticəsində həlak olub.
Son məlumatları nəzərə alsaq, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ölən hərbçilərinin sayı 268-ə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni raundunda həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 614 olub.

DİGƏR XƏBƏRLƏR

Top