Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?


Fizika İnstitutu tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında 3 şirkətlə müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, Fizika İnstitutu satınalma müqaviləsi imzaladığı şirkətlərə ümumilkdə 33 min 132 manat ödəyəcək.
- Məişət tullantılarının daşınması və ləğvi xidmətləri üçün “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə (VÖEN – 1502142751) 6 min 700 manat;
- Dissertasiya Şurasına, İnstitutun əməkdaşları tərəfindən təqdim edilən elmi işlərin saxtakarlığının aşkarlanması və plagiatın qarşısının alınması üçün informasiya agentliyi xidmətindən istifadə üçün “Plagiar.PL” MMC-yə (VÖEN – 1602295321) 2 min 360 manat;
- “Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq” layihəsi çərçivəsində büdcədən maliyyələşən təşkilatlarda “Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları” (BTMMH) avtomatlaşdırılmış informasiya sistemi – SERP proqram təminatının tətbiqi üçün “Sinam” MMC-yə (VÖEN – 1300149611) 24 min 72 manat.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, dövlət satınalmalar portalında satınalan təşkilat Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu göstərilib.
Məlumat üçün bildirək ki, 2022-ci ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Fizika İnstitutu AMEA-nın tərkibindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Onu da qeyd edək ki, məlumatlar dövlət satınalmalar portalında yerləşdirilən zaman Prezidenti İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların tələbləri nəzərə alınmır.
Ötən həftə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi dövlət satınalmaları portalında yayımlanıb. Portalda yer alan məlumatda göstərilib ki, tender müsabiqəsi təkliflər sorğusu metodu əsasında keçirilib. Halbuki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 44-cü maddəsində satınalmaların təkliflər sorğusu metodu ilə keçirilməsi barədə heç bir müddəa yoxdur.
Qeyd edək ki, dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Məsələ ilə bağlı daha əvvəl Dövlət Xidmətinə sorğu ünvanlasaq da, sullarımıza cavab verilməyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top