Qəzzada ölənlərin sayı 34,9 mini keçdi


İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatların başlamasından indiyədək 34,9 mindən çox fələstinli həlak olub, 78,5 mindən çox fələstinli yaralanıb.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrail ordusunun Qəzzaya təcavüzü nəticəsində indiyədək 34 904 nəfər həlak olub, 78 514 nəfər yaralanıb”, - məlumatda bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrinin bombalanması və atəşə tutulması nəticəsində 60 nəfər ölüb, 11 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top