Ordubadda qaya uçqunu: Yol bağlandı – Fotolar


Ordubad rayonununda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
“Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.
Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib”, - məlumatda deyilir.




DİGƏR XƏBƏRLƏR

Top