Bayden Trampla debata hazır olduğunu bəyan edib


ABŞ Prezidenti Co Bayden hazırkı prezidentlik yarışı çərçivəsində keçmiş Amerika lideri Donald Trampla debata hazır olduğunu bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, demokrat Baydendən respublikaçı Trampla debata çıxmaq niyyətində olub-olmadığını soruşduqda o, “Təşkil edə bilərsiniz”, - deyib.
Qeyd edək ki, bundan əvvəl keçmiş Amerika Prezidenti Donald Tramp da Baydenlə debatlarda iştirak etməyə hazır olduğunu bildirmişdi.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden isə Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top